“Bir şəkillə göstərməyə çalışdılar ki, Fələstinlə məşğuldurlar”

bir-sekille-gostermeye-calisdilar-ki-felestinle-mesguldurlar
Oxunma sayı: 1092


Əmir Musanın “Qafqazinfo”ya müsahibəsini təqdim edirik:     

- Cənab Musa, Sizi ölkəmizdə görməkdən məmnunuq. İştirakçısı olduğunuz III Qlobal Bakı Forumu “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunub. Bununla bağlı fikirlərinizi bilmək istərdik.  

- Etimad beynəlxalq münasibətlərdə ciddi məsələlərdən biridir. Forumda imzalanan sazişlərdən, verilən vədlərdən danışdılar. Ukraynanın sabiq prezidentlərinin söylədikləri kimi, ölkələrində böhran baş verən zaman Maydanda kimsə tapılmadı. Odur ki, etimad ölkələrin təhlükəsizliyini təmin edəcəyinə, bütün millətlərin hüquqlarını müdafiə edəcəyinə, heç bir dəyəri olmasa da böyük güclər tərəfindən həll ediləcəyinə zəmanət verir. Verilən vədlər həyata keçirilmədiyi üçün, hazırki beynəlxalq sistem dağılıb və bir-birinə güvən qalmayıb. Buna görə də dövlət və qeyri hökumət təşkilatları tərəfindən güc tətbiq edilir. İdarə olunan dünyada etimad olmadığı üçün hüquqlar təmin edilməyəcək. Bu səbəbdən biz Forumda müvafiq böyük güclərin müəyyənləşdirdiyi ikili standartlardan, yalan vədlərdən, qeyri-mötəbər müəyyən prinsiplərdən danışdıq. Bu səbəbdən konfransın adı, gündəlikdə duran məsələlər aktual, maraqlı və vacibdir. Gördüyünüz kimi, bir məsələdən digərinə keçdikcə problem böyüyür. Odur ki, biz nə baş verdiyini başa düşməliyik. İkili standartların, liderlərə qarşı tərəddüdlərin və rəhbərliyin olmaması səbəbindən dünya mütənasib vəziyyətdə deyil. 

- Siz on il Ərəb Dövlətləri Liqasının Baş katibi olmusuz. Ərəb ölkələrində etimad nə dərəcə mövcuddur? 

- Bir Baş Katib kimi bütün vədlərdən əmin deyildim. Fələstin məsələsi ilə bağlı müəyyən böyük güclər qərar bildirirdi. Mən Fələstin məsələsinin futbol meydançasına bənzədiyi gördüm. Vəziyyəti stabil saxlamaq üçün Ərəb Dövlətləri Liqasının sadiq milli prinsipləri mövcud idi və biz müəyyən sistemlərə imkan yaratmağa çalışırdıq.Təəssüflər olsun ki, ikili standartlar, maneələr, ümumi etinasızlıq halları ilə üzləşməli olduq. Danışıqlar üçün məsələnin həlli şərti xarakter daşıyırdı. Çünki böyük güclərin məsələni həll etmək üçün deyil, idarə etmək fikirləri var idi. Beləcə, bir gün tərəfləri bir araya gətirmək mümkün oldu. Onlar bir masa ətrafında toplaşıb, mahiyyət etibarilə təbliğatı əks etdirən şəkil çəkdirib, mediaya vasitəsilə dünyaya yayıb, hər kəsə göstərməyə çalışdılar ki, Fələstin məsələsi ilə məşğuldurlar.

- Siz Qahirədə Asir Araf Fondunun təşkil etdiyi görüşdə səsləndirmisiz ki, beş ildən sonra dünya təhlükəsiz və mütəşəkkil yeni Yaxın Şərqi görəcək. Həqiqətənmi, dünya Yaxın Şərqdə bunun şahidi olacaq? 

- Bəli, beş ildən sonra Yaxın Şərqdə vəziyyət eyni olmayacaq. Yəni, inqilabdan sonra dəyişmə məcburiyyətində qalacaq, tamamilə fərqli regiona çevriləcək. Ümid edirəm ki, yeni fərqli qabaqlayıcı demokratik Yaxın Şərq meydana gələcəkdir. 

- Necə düşünürsüz, İslama zidd olan İŞİD birləşmələrinin əsas məqsədləri nədir və bu birləşmədən qurtulma yollarını nədə görürsünüz? 

- Bu mühüm problemdir. İslamdan istifadə etmək İslama xələl gətirmək demək deyil. Müsəlmanların böyük əksəriyyətinin İŞİD hücumlarının nə ilə nəticələnəcəyinə dair təsəvvürləri yoxdur. Bu terror qrupudur, dini qruplaşma deyil. III Qlobal Bakı Forumunda İtaliyanın keçmiş baş nazirinin qeyd etdiyi kimi, bu qrup digər ifratçı, fanatik terror qrupları kimi eyni məqsədə xidmət edir. Xristianlıq və İudaizmlə eyni vaxtda meydana gələn və eyni təcrübəni paylaşan terror qrupudur. Bu terror qrupu ümumi olaraq da qalacaq, heç bir uğura və qalibiyyətə nail olmayacaq. Bu mümkün. 

- Cənab Musa, Hazırda Ərəb Liqasının fəaliyyətini necə dəyərləndirirsiniz?

- Biz 2004-cü ildə Ərəb Birliyində dəyişikliyə başladıq. Yadımdadır Tunisdə Ərəb Sammitində olarkən, demokratiya, qadın hüquqları, uşaqlara qayğı, sosial inkişaf və s. məsələlərə dair qərarlar verildi. Biz pan Ərəb Parlamenti, pan Ərəb təhlükəsizliyi və Sülh Şurası, Ərəb Birliyinin təşkilatları çərçivəsində Ərəb YUNESKO-su yaratdıq. Digər Ərəb təşkilatları kimi bütün yeni xidmətləri idarə etmək üçün Ərəb Birliyinə iqtisadi müşavir səlahiyyəti verildi. Lakin Ərəb Birliyində məsələlərin düzgün getmədiyini hiss etdik və beləliklə, biz sistemin təşkilinə başladıq. Yeni Ərəb dövlətinə töhvələr verməyə başladıq. Çətin vəziyyətlərdə əlimizdən gələni edirik. 

- Sizcə, Liqada yeni yaradılmış müttəfiq regional hərbi silahlı qüvvələr təhlükəsizlik sferasında Ərəb ölkələrində mühüm rol oynayacaqmı?

- Ərəb Birliyinin nizamnaməsi çərçivəsində, Misir tərəfindən sülhməramlı qüvvələrin yaradılması təklif edilmişdir. Hal-hazırda bu təklifin həyata keçirilməsi məsələsinə baxılır. 

- Bildiyiniz kimi, Ərəb Dövlətləri Liqasına kifayət qədər varlı ölkələrlə yanaşı Somali, Komor, Mavritaniya, Yəmən, Sudan, Cibuti kimi kasıb dövlətlər də daxildir. Maraqlıdır, Baş Katibi olduğunuz dövrdə Liqa tərəfindən kasıb Ərəb ölkələrinə yardım edilirdimi?

- Bəli əlbəttə. Biz Somali məsələsi ilə sıx məşğul olurduq. O zaman Yəmənin bəzi hissəsində indiki böhran kimi olmasa da, çətinliklər var idi və biz məsələnin çözülməsinə yardımçı olmuşduq. Biz, həmçinin Livan məsələsində çox fəallıq göstərdik. Hətta mən Livanın vəziyyəti ilə əlaqədar olaraq tam iki il işləmək üçün orada qaldım. Qırmızı dənizdə adalar ilə bağlı problemləri və Eritreya-Yəmən böhranını həll etmək üçün köməklik etdik. Ərəb Liqası o zaman çox fəal idi. 

- Cənab Musa, bilirik ki, bu Sizin Azərbaycana ilk səfərinizdi. Odur ki, ilk təəssüratinizi bilmək maraqlı olardı.

- Bəli, ilk dəfərdir ki, Azərbaycana səfər edirəm. Bakının hər yerində gözəl binaların, müasir tikililərin olması insana zövq verir. Beynəlxalq konfransın fəaliyyət istiqaməti və Azərbaycanda gördüklərim mənə müsbət təsir bağışladı.

Ülviyyə Heydərova