“Bir şərtlə Moskvaya gedərəm” - Tramp

bir-sertle-moskvaya-gederem
Oxunma sayı: 5727

ABŞ Prezidenti Donald Tramp Moskvaya səfər edəcəyi ilə bağlı çıxan xəbərləri şərh edib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu mövzunun müzakirə edilməsi üçün çox tez olduğunu deyib.

“Mayın 9-dan xəbərim yoxdur. Amma yox, mən lazım olan vaxtda Moskvaya gedəcəm. Müvafiq vaxtda bu variantı nəzərdən keçirməkdən məmnun olaram. Əgər Ukraynada hər şey yaxşılaşsa və düşünürəm ki, olacaq, onda mən ora gedəcəm”, - deyə Tramp vurğulayıb.