“Bir sıra qoruq və yasaqlıqların statusu dəyişdiriləcək”

bir-sira-qoruq-ve-yasaqliqlarin-statusu-deyisdirilecek
Oxunma sayı: 1267

“İşğaldan azad edilmiş ərazilərimizdə olan bir sıra qoruq və yasaqlıqların statusunun dəyişdirilməsi planlaşdırılır”.

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, hazırda qoruq və yasaqlıqların statusunun dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır: “Bir neçə qoruq və yasaqlığın bazasında yeni milli parkların yaradılması ilə bağlı düşüncələr var. Beynəlxalq ekspertlərin də cəlb edilməsi ilə bu məsələ müzakirə ediləcək”.

Gülnar Əliyeva