“Qafqazinfo” azadxeber-ə istinadən məlumat verir ki, bir şüşə qəlyanı çəkmək bir dəfəyə 4-5 qutu siqaret çəkməyə bərabərdir. Bu isə 80-100 siqaret deməkdir! Başqa sözlə desək, qəlyan siqarətdən 63% daha zərərlidir.
Qəlyanın əsas tərkib hissəsi tütündür ən çox istifadə olunan "tumbak" adlanan adi tütündür. Tumbak tütünündə nikotinin miqdarı çoxdur.Tütünün 70%-i bal,meyvə aromaları və qliserində isladılır. Bu da qəlyanı çəkən zaman xoş ətir və xüsusi yumşaqlıq verir.
Amma qəlyanın tərkibində ağır metallar sayılan qurğuşun, nikel, kobalt və arsen var. Bundan əlavə qəlyan çəkən zaman zərərli maddə sayılan fenol, karbonmonoksid və minlərlə insanın sağlamlığını təhlükə altına qoyan maddələr əmələ gəlir.Müqayisə etsək görərik ki, bir siqaretdə 30-80 nq (nanoqram) qurğuşun varsa,qəlyanda bu miqdar 6870 nq təşkil edir.
Əsas ziyan səbəbi olan arsenin miqdarı isə siqaretdə 45-125 nq təşkil etdiyi halda, qəlyanda -165 nq-dır.
Qəlyan çəkilən məkanların qapalı olması və xüsusi dekoru tüstünün daha çox udulmasına səbəb olur.Bundan əlavə qəlyan çəkməkdən əvvəl və sonra maye qəbulu orqanizmdə böyük fəsadlara səbəb ola bilər.
Bir çoxları qəlyan çəkən zaman tütünün xüsusi filtr sayılan sudan keçməsi ilə zərərin minimuma endiyinə inanır. Lakin bu heç də belə deyil. Hərçənd, su filtr rolunu oynayır, amma bütün zərərli maddələri özündə saxlaya bilmir. Suda yalnız 90% fenol qalır, bu da sadəcə boğazı qiciqlandırmır.əksinə, sudan keçən tüstü ağ ciyərlərdə təzyiqin dəyişməsinə və tüstünün daha yaxşı yayılmasına səbəb olur.
Bundan əlavə qəlyanı çəkən zaman həcmcə daha çox tüstünü çəkir və alveollara qədər çatmasına səbəb olur. Bu da insanın daha tez halının dəyişməsinə və bir növ hallanmasına səbəb olur.Baş dönməsi, əhvalın dəyişməsi, yuxululuq da yanma zamanı əmələ gələn dəm qazı (karbonmonoksid) sayəsində baş verir.Bu qazın miqdarı hətta 10 mq (milliqrama) qədər çata bilər.
Daimi olaraq çəkilən qəlyanın sağlamlığa vurduğu zərər çox böyükdür.Bir qəlyan şüşəsi insanın 1 aylıq immunitetini zəiflədir.Ağciyər xərçəngi,xroniki bronxit,ürək-damar xəstəliklərinin yaranmasıa səbəb olur.Vərəm, hepatit xəstəliklərini tətikləyir. Qadınlarda isə hamiləlik zamanı bətndaxili dölün inkişafının gecikməsi və az çəkili uşaqların doğulmasına səbəb olur.
Son xəbərlər
Son Xəbərlər