Bir sutkaya “Neftlix”in birincisi oldu - Video

bir-sutkaya-neftlixin-birincisi-oldu
Oxunma sayı: 3106

Yanvarın 28-də “Netflix”də start götürən Koreya istehsalı olan “All of Us Are Dead” serialı yanvarın 29-da servisin reytiqində birinci pillədə qərarlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə striminq platformalarında film və serialların populyarlığını izləyən “FlixPatrol” servisi bildirib.

Serialın, həmçinin iMDB reytinqi də yüksəkdir – 7,7/10.

Qeyd edək ki, ekran işində zombi-virusun episentrinə çevrilmiş orta məktəbdən bəhs edilir. Burada şagirdlər yaşamaq uğrunda mübarizə aparır.