Türkiyədə külli miqdarda partlayıcı maddə ələ keçirilib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir əyalətində qeydə alınıb. Məlumata görə, polis orqanlarına maşında bomba olduğu barədə məlumat verilib.
Hadisə yerinə polis əməkdaşları, eyni zamanda bomba məhv etmə mütəxəssiləri cəlb edilib. Axtarış zamanı mikroavtobusda 1 ton partlayıcı maddə aşkar edilib. Hazırda şübhəli şəxslərin tapılması və saxlanması istiqamətində tədbirlər görülür.

Son xəbərlər
Son Xəbərlər