Çevriliş təşəbbüsü ilə bağlı Türkiyədə başlayan genişmiqyaslı istintaq prosesləri davam edir.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, aparılan istintaqlar çərçivəsində Çanaqqala On Səkkiz Mart Universitetində 159 təhsil işçisi və müxtəlif idarələrdə çalışan 20 nəfər vəzifələrindən uzaqlaşdırılıb. Bildirilir ki, işdən azad edilənlər arasında 8 professor, 29 dosent, 48 köməkçi dosent, 31 müəllim, 28 araşdırmaçı, 7 repetitor və xarici vətəndaş olan 1 təhsil işçisi var.
Son xəbərlər
Son Xəbərlər