“Bir valideyn 10 kitab almalıdır?!”

bir-valideyn-10-kitab-almalidir
Oxunma sayı: 1402

Deputat Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında dərsliklərin tərtibatı məsələsinə toxunub. 

“Qafqazinfo”nun məlumatına görə, komitə sədrinin müavini qeyd edib ki, dünyada və pedaqogikada təcrübə belədir ki, dərsliklər təhsilalanların psixi və intellektual inkişaf səviyyəsinə görə hazırlanır:

“Nə onların geri inkişafına, nə də artıq yüklənməsinə yol açmamalıdır. Mətbuatda ekspertlər, lüzum olub-olmadığı Təhsil Nazirliyini və hazırlanmış kitablarla bağlı yanlış müzakirələr aparırlar. Bu da əhalidə, valideynlərdə, müəllimlərdə çaşqınlıq yaradır. Bəzən deyirlər ki, alternativ dərslik hazırlamışıq. 

Bir valideyn 10 kitab almalıdır?! Bəs, bu dərsliklər hansı tələblərə cavab verir? Bu, çox mürəkkəb məsələdir. Sözügedən məsələ cəmiyyətimiz və təhsil sistemimiz üçün olduqca əhəmiyyətli məsələdir. Bununla bağlı hər hansı maddənin “Ümumi təhsil haqqında” qanuna salınmasını təklif edirəm”.

Günel Türksoy