Bir yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı

bir-yasli-usaq-3-cu-mertebeden-yixildi
Oxunma sayı: 2792

Gəncədə 1 yaşlı uşaq ağır xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün şəhər ərazisində 2021-ci il təvəllüdlü A. Rzayev yaşadığı evin pəncərəsindən (3-cü mərtəbədən) yıxılıb. Nəticədə o, bazu sümüyünün sınığı xəsarəti alıb.

Hadisənin uşağın evdə nəzarətsiz qaldığı vaxt baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Amin Nəzərli