Bir yol bağlanır, o biri açılır...

bir-yol-baglanir-o-biri-acilir
Oxunma sayı: 1021


“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, bu gün saat 22:00-dan səhər saatlarınadək F.Xoyski prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Qurum həmçinin xəbər yayıb ki, hazırda Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində yenidənqurma işləri həyata keçirilir. Ərazidə kommunikasiya, xüsusən də su, qaz, işıq və rabitə xətlərinin çəkilişi ilə məşğul olan qurumlar da qazıntı işləri apararaq, yeni xətlərin çəkilişi işlərini həyata keçirirlər. Təbii ki, iki böyük prospekti birləşdirən Ələsgər Qayıbov küçəsində kompleks halında görülən bu işlər gələcəkdə yolun hərəkət hissəsinin sıradan çıxmasını sığortalamış olacaq. Yenidənqurma işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır.