Bakı Nəqliyyat Agentliyi yeni videoçarx hazırlayıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, “Bir yoldayıq” kampaniyası çərçivəsində istifadə ediləcək maarifləndirici təbliğat vasitələri, ictimai nəqliyyatdan istifadə edən kütlənin fikirlərinin öyrənilməsi, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq və s. sosial yönümlü aksiyalar qeyd etdiyimiz problemlərin həlli yollarını tapmaqda kömək olacaq.
BNA-nın bu kampaniya ilə çatmaq istədiyi məqsəd aşağıdakılardır:
* İctimai maarifləndirmə vasitələri ilə yalnız cəmiyyətin diqqətini cəlb etmək yox, həm də ictimaiyyəti nəqliyyat sahəsindəki çatışmazlıqlara qarşı bizimlə birgə mübarizə aparmağa təşviq etmək;
* Yol hərəkəti iştirakçılarını innovativ və dayanıqlı nəqliyyat xidmətləri ilə təmin etmək;
* Sürücü, sərnişin və piyadaların sosial məsuliyyətlərini dərk edərək bir-birinə, eləcə də digərlərinə nümunə olmalarına nail olmaq;
* Kampaniyanın sosial xarakter daşıdığını nəzərə alaraq, ictimaiyyətin fikirlərini, təklif və şikayətləri öyrənmək və tətbiq etmək.
Layihə Bakı şəhərini əhatə edəcək və kampaniya çərçivəsində müxtəlif ali məktəblərin tələbələri, dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq ediləcək.
Son xəbərlər
Son Xəbərlər