İran Azərbaycan-NATO əməkdaşlığının əleyhinədir

iran-azerbaycan-nato-emekdasliginin-eleyhinedir
Oxunma sayı: 640

“Media Forum” saytının məlumatına görə, proqramın qonağı olan Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər “İran hansı səbəblərdən Azərbaycanın NATO ilə sıx münasibətlərinin əleyhinədir” sualına belə cavab verib: “Azərbaycan NATO və Avropa Birliyinə doğru sıx inteqrasiya olunarsa, bu o deməkdir ki, ölkədə islahatlar dərinləşəcək, demokratiya və insan haqları sahəsində də ciddi irəliləyişlər əldə olunacaq. Bu isə son nəticədə İranda yaşayan azərbaycanlıların Azərbaycan dövlətinə cazibəsini artıracaq. Azərbaycan İran azərbaycanlıları üçün bir növ model rolu halına gələcək. İran hakimiyyətinin də qorxduğu budur. Ona görə də Tehran Azərbaycanın Avropanın siyasi, iqtisadi və təhlükəsizlik institutları ilə sıx əməkdaşlığının, bu qurumlara üzvlüyünün əleyhinə çıxır”.

Proqramın digər qonağı olan Avro-Atlantik Şuranın idarə heyətinin üzvü Məhəmməd Talıblı Azərbaycan-Avropa Birliyi münasibətlərində bir çox istiqamətin vacib olduğunu bildirib: “Əgər ölkədə iqtisadi islahatların önü açılmayıbsa, Avropa Birliyi ailəsinə qoşulmaq çətin olacaq. Digər tərəfdən Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü də çox önəmlidir. Təəssüf ki, bu məsələdə də Azərbaycan digər iki qonşusu – Gürcüstan və Ermənistandan geri qalır. Halbuki, rəsmi Bakı Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqları adı çəkilən iki qonşusundan öncə başlamışdı. Ümümdünya Ticarət Təşkilatına üzvlük dövlətin və vətəndaşların qazancı deməkdir”.

Proqramın tamamını aşağıdakı linkdən izləyə bilərsiniz:

http://www.youtube.com/watch?v=cSwIWZA624g&feature=youtu.be