İran PKK liderini həbs etdi - Video

iran-pkk-liderini-hebs-etdi-video
Oxunma sayı: 676

PKK terror təşkilatının liderlərindən biri olan Murad Karailanın İran ordusu tərəfindən həbs olunduğu barədə xəbər yayılıb. İran ordusunun İraqla sərhəddə keçirdiyi antiterror əməliyyatı zamanı yaxalanan şəxslərdən birinin Murad Karailan olduğu açıqlanıb. Amma hələlik nə Türkiyə, nə də İran tərəfindən bununla bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, PKK lideri Abdullah Öcalanın həbsindən sonra terror təşkilatına faktiki rəhbərliyi Murad Karailan edirdi. O, PKK terror təşkilatına 1979-cu ildə qoşulub. Bir çox qətllər və terror hadisələrini törətməkdə ittiham olunan Murad Karailan İnterpol xətti ilə axtarışda olub.

karayilan.flv