İranda quruyan gölün aksiyası Bakıda keçirildi - Fotolar

iranda-quruyan-golun-aksiyasi-bakida-kecirildi-fotolar
Oxunma sayı: 671

M. F. Axundov bağından səfirliyin önünə doğru yürüş edən aksiya iştirakçıları İranda insan hüquqlarının bərpa olunmasını tələb edib və Urmiya gölünün qurudulmasına etirazlarını bildiriblər. Aksiyada iştirak edən millətçi gənclər “İran viran olacaq, yerində Turan olacaq” kimi şüarlar səsləndirib.

Daha sonra aksiya iştirakçıları qətnaməni oxuyub, İran səfirliyinə təqdim ediblər. Qətnamədə Urmiya gölünün müdafiəsinə qalxanların həbs olunmasına etiraz edilir və tələb edilir ki, həbsdə olanlar azadlığa buraxılasın və Urmuya gölü həyata qaytarılsın.

Sonda aksiya iştirakçıları səfirliyin önünə üzərinə “Urmiyaya çatar” yazılmış su ilə dolu butulkalar qoyublar.

Fatimə Kərimli