BirBank istifadəçiləri koronavirusla mübarizəyə 30 mindən artıq ianə edib

birbank-istifadecileri-koronavirusla-mubarizeye-30-minden-artiq-iane-edib
Oxunma sayı: 1618

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl BirBank mobil tətbiqində yeni funksiya təqdim edilib. 

“Qafqazinfo”nun məlumatına görə, artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə formasında “xərcləyə” bilərlər.

Funksiya tətbiq olunan zamandan, bir neçə gün ərzində artıq 30 000 manatdan artıq vəsait toplanıb və bu məbləğ hazırda artmaqdadır.

Bundan başqa mobil tətbiqdə koronavirusla bağlı xüsusi bölmə yaradılıb. Bu bölmədə virusla bağlı statistik məlumatlar, xəbərlər, virusun simptonları və diaqnostika, virusa yoluxmamaq üçün atılan addımlar və ən çox verilən suallara cavablar yerləşdirilib. Həmçinin tətbiq üzərindən təxirə salınmaz tibbi yardım üçün yaradılan qaynar xəttə də zəng etmək mümkündür.