Birgə narkotik çəkdiyi şəxsi öldürdü - 19 il aldı

birge-narkotik-cekdiyi-sexsi-oldurdu-
Oxunma sayı: 1593

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 28 yaşlı Elçin Cavadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə E.Cavadov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Cavadov qətlə yetirdiyi 41 yaşlı Mirzə Hüseynovla onun evində birgə narkotik çəkdikdən sonra aralarında mübahisə düşüb. Sözlü mübahisə sonda ölümlə nəticələnib.

Murad Əhməd