Birgə protokol imzalandı

birge-protokol-imzalandi-
Oxunma sayı: 636

"Hazırda Azərbaycanın və Rusiyanın sərhədyanı rayonlarında operativ vəziyyət sabitdir", - kollegiyada çıxış edən Nurqəliyev deyib. Onun sözlərinə görə, Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin müntəzəm fəaliyyəti nəticəsində hazırda sərhədyanı ərazilərdə operativ vəziyyət sabitdir və daha da yaxşılaşmağa doğru gedir. "Son onillik parlaq şəkildə göstərib ki, razılaşdırılmış birgə əməliyyatlar problemləri effektiv həll etməyə kömək edib", - Nurqəliyev vurğulayıb.

Rusiyalı nazirin sözlərinə görə, bir çox suallar var ki, onların cavabları birgə hərəkət etməyi tələb edir. "Bizdə olan məlumatlara əsasən, beynəlxalq qruplaşmaların daxili iqtisadiyyatda, maliyyədə, bank və digər sferalardakı cinayətlərinin qarşısını almaq üçün artıq indidən birgə fəaliyyətə başlamalıyıq", - Nurqəliyev bildirib.

Nurqəliyev öz azərbaycanlı həmkarını xəbərdar edib ki, müxtəlif təşkilatlar iki dövlət arasında tərəfdaşlıq münasibətlərini nüfuzdan salmağa cəhd edirlər. "Hesab edirəm ki, sonrakı işlər sərhədyanı ərazilərdə daha effektiv şəkildə cinayətkarlığı aşkar etmək və qarşısını almağa kömək edəcək", - Nurqəliyev vurğulayıb və bildirib ki, bir az əvvəl yekunlaşan analoji əməliyyat növbəti ildə də həyata keçiriləcək.

Kollegiyanın yekununda nazirlər birgə protokol imzalayıblar.