Şəmkirdə balıq ovuna çıxan şəxslərin qayığı deşilib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə martın 6-da saat 06 radələrində Şəmkir rayonunun S.Vurğun kəndində baş verib.
Kənd sakini Taleh Qasımov və Ramin Məmmədov göldə rezin qayıqla balıq tutarkən qayıq deşilib.
R.Məmmədov boğulub, T.Qasımov isə üzərək sahilə çıxıb.
R.Məmmədovun meyiti sudan çıxarılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər