Biri dərman, digəri isə sirkə turşusu- - İntihara cəhd

biri-derman-digeri-ise-sirke-tursusu-
Oxunma sayı: 1155


“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-ya verilən məlumata görə şəhər sakini, 1995-ci il təvəllüdlü İsmayıl Cəfərov adı məlum olmayan dərman həbləri qəbul edərək intihara cəhd edib. O, dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Şəhər sakini 1995-ci il təvəllüdlü Aqşin Bayramov isə sirkə turşusu içərək intihara cəhd edib. O, da dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir.