AFFA İntizam Komitəsi U-15 liqasında çıxış edən EFA komandasının baş məşqçisi Vüsal Mustafayevi 1 il 6 ay müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.
“Qafqazinfo”xəbər verir ki, buna səbəb Mustafayevin “Şamaxı” ilə oyunda hakimi döyməsidir. O, stadionun dəhlizində referiləri təhqir edib və döyüb.
Həmçinin İntizam Komitəsi “Rəvan” komandasının futzalçısı Sabir Həsənovu 1 illik futboldan kənarlaşdırıb.
Həsənovun 1 illik futzaldan kənarlaşdırılmasına səbəb AFFA rəsmisini təhqir etməsi və döyməsidir.
Hadisə “Timsport”la matçda baş verib.
Futzalçı meydandan qovulduqdan sonra federasiya rəsmisini döyüb.
AFFA İntizam Komitəsi Gənclər Liqasında çıxış edən "Səbail" komandasının məşqçisi Ramal Hüseynovu 2 il müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.
Buna 38 yaşlı mütəxəssisin stadiona giriş qadağası olmasına baxmayaraq “Qarabağ”la oyunda meydana daxil olması və hakimlər briqadasını təhqir etməsi səbəb olub.
Məşqçi daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəza almışdı.
Son xəbərlər
Son Xəbərlər