DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 16-da Sumqayıt şəhəri 6-cı mikrorayonun ərazisində şəhər sakini Tünzalə Xudiyeva intihar məqsədi ilə özünü dənizə atıb. O, polis əməkdaşları tərəfindən xilas edilib.
Digər hadisə isə Kür çayı üzərində baş verib. Sabirabad rayon sakini İnşallah Əlili Şirvan şəhərinin ərazisində körpüdən özünü Kür çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər