Biri yeniyetmə olmaqla 2 qardaş maşın qaçırdı

biri-yeniyetme-olmaqla-2-qardas-masin-qacirdi
Oxunma sayı: 1330

Sumqayıt şəhər sakini İ.İbişlinin “QAZ-3110” markalı avtomobili Saray qəsəbəsi ərazisindən qaçırılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə polisə məlumat daxil olub. Hadisə mayın 2-də saat 22 radələrində qeydə alınıb. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 23 radələrində qəsəbə ərazisində elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - qəsəbə sakinləri V.Ağalı və yeniyetmə qardaşı saxlanılıblar.

Araşdırma aparılır.