"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev və rayonun idarə-müəssisə rəhbərləri iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov tədbiri giriş sözü ilə açaraq "Bakı 2015" Birinci Avropa Oyunlarına hazırlıqla bağlı rayonda həyata keçirilən işlərdən danışıb.
Daha sonra Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə birgə fəaliyyət istiqamətləri” mövzusunda çıxış edib.
Tədbir Oyunların hazırlığı və keçirilməsi dövründə rayon ərazisində, eləcə də yarışların keçiriləcəyi obyektlərdə, kütləvi istirahət yerlərində və çimərliklərdə ictimai təhlükəsizliyin təşkili, qeyd edilən ərazilərdə sanitar təhlükəsizliyinin təmin edilməsi, oyunlar zamanı əhaliyə və rayonun qonaqlarına tibbi xidmətin göstərilməsi, çimərliklərdə aparılan monitorinqlərin nəticələri, dəniz suyunun gigiyenik vəziyyəti mövzuları ətrafında çıxışlar ilə davam etdirilib.
Son xəbərlər
Son Xəbərlər