Birinci divizionda mövsümə yekun vuruldu

birinci-divizionda-movsume-yekun-vuruldu
Oxunma sayı: 1473

Futbol üzrə Azərbaycan Birinci Divizionunda sonuncu – 27-ci turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.

Çempion “Neftçi-2” “Zaqatala” ilə oyunda darmadağına sevinib. “Turan Tovuz” səfərdə MOİK üzərində qələbəyə sevinibsə, “Kəpəz” də “Sabah”ın əvəzedicilərini məğlub yola salıb.

Birinci Divizion
27-ci tur
17 may

MOİK – Turan Tovuz 1:3
Qol: Elvin Nəsibov, 56 – Fuad Bayramov, 60. Elçin Qasımov, 81. Vidadi Cəfərov, 85.
Hakimlər: Rövşən Rəcəbov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
Binə qəsəbə stadionu, 14:00

Kəpəz – Sabah-2 1:0
Qol: Emil Qasımov, 75.
Hakimlər: Kamranbəy Rəhimov, Səbuhi Soltanov, Taleh Məmmədov, Namiq Bəkirov
Gəncə şəhər stadionu, 15:00

Qarabağ-2 – Qaradağ Lökbatan 0:1
Qol: Cavid Nəcizadə, 85.
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Elmin Süleymanov, Rauf Cabarov
“ASCO Arena”, 15:00

Keşlə-2 – Sumqayıt-2 1:1
Qol: Aslan Bədəlzadə, 75 – Cəlal Cəbrayılov, 41.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu
“ASK Arena”, 16:00

Zaqatala – Neftçi-2 0:4
Qol: Asim Əlizadə, 16. Vüqar Həsənov, 18. Nicat Musayev, 73. Vüsal Əsgərov, 80.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elman Kərimov, Səbuhi Bayramov
“Neftçi” klubunun bazası (4-cü meydança), 16:30.