“Birinci kanal”ın aparıcısı ABŞ-dan evinə qayıda bilmir

birinci-kanalin-aparicisi-abs-dan-evine-qayida-bilmir
Oxunma sayı: 3645

Rusiyanın “Birinci kanal”ında “Jizn druqix” (“Digərlərinin həyatı – red.) verilişinin aparıcısı Janna Badoyeva koronavirus səbəbindən ABŞ-dan İtaliyadakı evinə qayıda bilmir.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “gazeta.ru”ya şounun prodüseri Vasili Melniçin danışıb.

Onun sözlərinə görə, Badoyeva “Jizn druqix”in növbəti buraxılışlarının çəkilişi ilə əlaqədar San-Fransisko və Mayamiyə yollanıb və faktiki olaraq, çəkiliş heyəti ilə bərabər tələyə düşüb.