“Birinci ledini nə vaxt təqdim edəcəksiz?” sualına - Putinin cavabı +Video

birinci-ledini-ne-vaxt-teqdim-edeceksiz-sualina-
Oxunma sayı: 4575

Canlı yayımda vətəndaşların suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putinə şəxsi həyatı ilə bağlı sual ünvanlanıb.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı “Keçmiş həyat yoldaşınızın evləndiyi ilə bağlı xəbərlər yayılıb. Bəs siz nə zaman birinci ledini təqdim edəcəksiniz?” sualını cavablandırmalı olub:

“Lyudmila xanımla tez-tez olmasa da, hərdən görüşürük. Hətta deyərdim ki, münasibətlərimiz əvvəlkindən də yaxşıdır. Qəzetlərdə nə yazılmasından asılı olmayaraq, onda hər şey yaxşıdır. Mən də həyatımdan razıyam, hər şey qaydasındadır. Prezidenti ona görə seçirlər ki, işləsin. Şəxsi həyat burada vacib məsələ deyil.

Əlbəttə, şəxsi həyata aid şeylər maraq yaradır, lakin birinci dərəcəli vacib deyillər. Bəlkə, nə vaxtsa sizin marağınızı təmin edə biləcəyəm”.