“Qafqazinfo” xəbər verir ki, Olimpiya çempionumuz Toğrul Əsgərovun acınacaqlı məğlubiyyətindən fərqli olaraq Olimpiya ikincisi Maria Stadnik Avropa çempionu adına layiq olub.
Mariya Stadnik (48 kq) 1/8 finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşıb. İdmançımız 14:2 hesabıyla üstün olub. 1/4 finalda isə o, Macarıstan təmsilçisi Mersedes Deneşlə qarşılaşıb, 10:0 hesabıyla qələbə qazanıb. Yarımfinalda rumıniyalı Maqdalina Linquraraya da qalib gələn güləşçimiz finala yüksəlib. Rəqib isə ukraynalı Natalya Pulkovska olub. Sonuncu rəqibini də inamlı şəkildə məğlub edən (11:0) güləşçimiz dördüncü dəfə Avropanın ən güclüsü adını qazanıb.
Qadın güləşçimiz bəzi çempionlarımızdan fərqli olaraq, bundabn qabaq qazandığı medallarla kifayətlənməyib və yarışı başlayan kimi yarımçıq saxlamayıb. Stadnik də 2008-ci ildə Pekin yay Olimpiya Oyunlarında qazandığı bürüncü, 2012- London Olimpiyadasında əldə etdiyi gümüş medalı özü üçün lazımı uğur saya və bu Avropa çempionatına barmaqarası baxa bilərdi. Lakin əzmkar güləşçimiz finala qədər inamla addımlayaraq bütün rəqiblərinin kürəyini döşəyə çırpıb. Eyni uğuru finalda da nümayiş etdirən Stadnik fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər