Birinci sinfə elektron qeydiyyat yenidən başlayır

birinci-sinfe-elektron-qeydiyyat-yeniden-baslayir
Oxunma sayı: 2944

Birinci sinfə elektron qeydiyyata yenidən start verilir.

"Qafqazinfo" Təhsil Nazirliyinə isitnadən xəbər verir ki, martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir. Elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən  aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.