Birinci sinfə qəbul üçün müraciətin vaxtı artırılıb

birinci-sinfe-qebul-ucun-muracietin-vaxti-artirilib
Oxunma sayı: 1121

Bakı şəhəri üzrə I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək aparılan elektron qeydiyyat yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, valideynlərin çoxsaylı müraciətlərinə əsasən, lisey və gimnaziyaların 1-ci sinfinə elektron qeydiyyatın vaxtı bu gündən etibarən bir neçə gün artırılıb.