Aprelin 18-nə olan məlumata əsasən, elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 40 000-dən çox (saat 18:00) sorğu yerləşdirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, onlardan 36 908-i ümumi təhsil məktəblərini, 3 389-u isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 90 faizindən çoxdur.
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.
Son xəbərlər
Son Xəbərlər