Birinci sinfə qəbulla bağlı yeni xidmət istifadəyə verildi

birinci-sinfe-qebulla-bagli-yeni-xidmet-istifadeye-verildi
Oxunma sayı: 1341

Birinci sinfə qəbulla bağlı vətəndaşların suallarının cavablandırılması üçün Təhsil Nazirliyinin rəsmi saytına yeni xidmət - “Virtual bələdçi” (https://edu.gov.az/az/faq) əlavə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu xidmət vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapmaq mümkün olacaq. 

Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib.

Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.