“Qafqazinfo” xəbər verir ki, iyulun 6-dan 11-dək davam edən məktəb çərçivəsində hər birində 100-ə yaxın fəal gənc olan qruplar Lerik və Oğuz rayonlarında oldu, keçirilən seminar-diskussiyalara, təlimlərə qatılaraq bilik və bacarıqlarının artırılmasına nail oldular. Ümumilikdə avqustun birinci on günlüyünə qədər davam edəcək "Yay məktəbi"ndə 1000-ə yaxın gənc iştirak edəcək.
Birinci turun bağlanış mərasimindən öncə gənclərin regiona səfəri oldu. Səfər çərçivəsində onlar bölgənin maraqlı yerləri ilə tanış olublar.
Sonra bu il hərbi çağırışda olan 8 gəncin təbrik mərasimi keçirildi. Qrup rəhbəri «İki sahil» qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə onlara torpaqlarımızın müdafiəsi yolunda uğurlar arzuladı. Bildirildi ki, dövlət başçısı İlham Əliyevin orduya diqqət və qayğısı gənclərdə vətənpərvərlik hissinin daha da artmasına stimul verir.
Təntənəli mərasimdə üzərində Yeni Azərbaycan Partiyasının loqosu əksini tapan tort kəsilib.
Bağlanış mərasimində bir qrup fəal gəncə Fəxri fərmanlar təqdim olunub. Gənclər onlara yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə, YAP-ın İcra Katibliyinə təşəkkürlərini bildiribər. Bu fikir xüsusi vurğulanıb ki, göstərilən etimadı əməli işləri ilə doğrultmağa çalışacaqlar. Günbəgün qüdrətlənən, zənginləşən Azərbaycanın uğurlarına töhfə vermək hər bir Azərbaycan gəncinin ən böyük arzusudu.
Son xəbərlər
Son Xəbərlər