“New York Times” qəzeti ABŞ prezidenti Donald Trampın Hamburq şəhərində keçirilən G20 sammiti haqqında danışdığı intervyusunu dərc edib.
Amerika lideri nahar zamanı Yaponiyanın birinci xanımı Akie Abe ilə yanaşı əyləşdiyini söylədikdən sonra onun çox möhtəşəm qadın olduğunu əlavə edərək ingilis-dilini bilmədiyini də vurğulayıb. Belə ki, onun sözlərinə görə, nahar təxminən 2 saat davam edib və bütün bu vaxt ərzində prezident Sindzo Abenin xanımı Trampa hətta “salam” sözünü belə deməyib.
“Qafqazinfo” xəbər verir ki, Akie Abe bundan öncə ingilis-dilini mükəmməl bildiyini çıxışları zamanı sərgiləyib. Jurnalistlər onun simpoziumlardan birində ingilis-dilində hazırlanmış hesabatını xatırladıblar. KİV nümayəndələri Abenin Hamburqdakı naharda bilərək bu dili bildiyini gizlətdiyini iddia edirlər. Onların fikrincə, birinci xanım Trampla ünsiyyət qurmaqdan qaçıb.
Son xəbərlər
Son Xəbərlər