Birinci xanım xəyanət edən ərini bağışlamağa hazırdır

birinci-xanim-xeyanet-eden-erini-bagislamaga-hazirdir
Oxunma sayı: 2409


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin vətəndaş nikahında olan 48 yaşlı, 3 uşaq anası Treirveylerin dostları bildirirlər ki, birinci ledi Ollandı bağışlamağa hazırdır və “qapıları onun üzünə çırpmaq” istəmir. 

Xatırladaq ki, bu günlərdə dövlət başçısı Fransua Ollandın ona 41 yaşlı aktrisa ilə xəyanət etdiyini öyrənən birinci ledi emosional şok yaşamışdı. Treirveylerə xəstəxanada tibbi xidmət göstərildikdən sonra istirahət etmək tövsiyə olunmuşdu. Onun gələn həftə xəstəxanadan evə yazılacağı gözlənilir.