Birinci xanımın geyim markaları - - Fotolar

birinci-xanimin-geyim-markalari-
Oxunma sayı: 7788



Birləşmiş Ştatların tarixi boyu birinci xanımlar üslub və eleqantlıqları ilə seçiliblər. Mişel Obamanın özünəməxsus ciddi, eyni zamanda zərif stili onu fərqləndirən əsas xüsusiyyətlərdəndir.Xanım Obamanı tez-tez Jaklin Kennedi və Şahzadə Diana ilə müqayisə edirlər. O, dəfələrlə təkrar obrazlarda görünüb, demokratik markaların əşyalarını geyinib, bununla da moda tənqidçilərinin qəlbini fəth edib. Sirr deyil ki, birinci xanımın sevimli dizayneri gənc və istedadlı Ceyson Vu-dur (Jason Wu). Hətta Birləşmiş Ştatların prezidenti Barak Obamanın ikinci andiçmə mərasimində də Mişel Jason Wu imzalı libas seçmişdi. Dizayner etiraf edir ki, xanım Obamanın yenidən onun geyimini seçməsi Ceysona xoş sürpriz olub.

“Qafqazinfo” “buro 24/7” saytına istinadən Mişel Obamanın üstünlük verdiyi geyim brendlərini oxuculara təqdim edir.


Mişel Obama Jason Wu libasında


Mişel Obama Jason Wu libasında



Mişel Obama Tom Ford libasında



Mişel Obama Azzedine Alaia libasında



Mişel Obama Roksanda Ilincic libasında



Mişel Obama Alexander McQueen pencəyində



Mişel Obama Michael Kors libasında



Mişel Obama Bukingem sarayında Ralph Lauren libasında