"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Arzu Əliyeva və “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimini izləmək üçün paytaxtımıza gələn Monako knyazı, Qreys Kellinin oğlu, Monako Şahzadəsi II Albert iştirak ediblər.
Birinci Avropa Oyunları zamanı şəhərimizin sakinləri və çoxsaylı qonaqları üçün növbəti hədiyyə Heydər Əliyev Mərkəzində bütün dünyada ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan “Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisinin təşkil edilməsi olub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində xarici ölkələrdən Bakıya səfər edən tanınmış ictimai-siyasi və idman xadimləri ilə görüşüb.
Mehriban Əliyeva və II Albert sərginin açılışını bildirən rəmzi lenti kəsiblər.
Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar və Monako Şahzadəsi II Albert sərgi ilə tanış olublar.
Azərbaycanda ilk dəfə keçirilən bu nadir sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Qreys Kellinin həyat yoluna həsr olunub.
Heydər Əliyev Mərkəzindəki bu sərgi ziyarətçilər üçün iyunun 13-dən noyabrın 1-dək açıq olacaq.
Son xəbərlər
Son Xəbərlər