Birincilərin qəbul vaxtı açıqlandı

birincilerin-qebul-vaxti-aciqlandi
Oxunma sayı: 1259

Təhsil naziri Mikayıl Cabbarov «2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə» əmr imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, əmrə əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərində, Təhsil Nazirliyinin lisey və gimnaziyalarında bu il I sinfə şagird qəbulu elektron sistem vasitəsilə keçiriləcək.

Ərizələrin onlayn qeydiyyatını Bakı Şəhəri üzrə Təhsil İdarəsi aparacaq.

APA- nın xəbərinə görə, qəbulun mart ayının əvvəlində keçirilməsi nəzərdə tutulur. Şagirdlərin I sinfə elektron sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək.