Birincilik mübarizəsi

birincilik-mubarizesi
Oxunma sayı: 880


“Qafqazinfo” xəbər verir ki, XX tur liderlik siyahısındakı komandaların yerini yenidən dəyişə bilər. Çünkü lider “Qəbələ” öz meydanında “Qarabağ”ı qonaq edəcək. "Qəbələ" qələbə qazanacağı təqdirdə liderliyini daha da möhkəmləndirmiş olacaq. Əks təqdirdə “Qarabağ” bir tur əvvə itirdiyi birinciliyini bərpa edəcək. 

Sözsüz ki, bu həftənin ən maraqla gözlənilən matçı, baxmayaraq ki, telekanal vasitəsi ilə canlı yaımlanmayacaq, “Xəzər Lənkəran”la “Neftçi” arasında oynanılacaq “böyük oyun”dur. “Neftçi”nin lənkəran səfərində xal itirməsi, ən çox “Qarabağ” və “Qəbələ”yə sərf edəcək. 

XX turun proqramı belədir:


8 fevral

Saat 14:30

“Qəbələ”- “Qarabağ”

Saat 15:00

“Rəvan”- “İnter”

 Saat 15:00

“Azal”- “Sumqayıt”


9 Fevral 

Saat 15:00

“Simurq”- “Bakı”

Saat 16:00

“Xəzər Lənkəran”- “Neftçi”


İqbal