Birində 4 dənədir, digərlərində 3 dənə... - Fotolar

Birində 4 dənədir, digərlərində 3 dənə...
Oxunma sayı: 2048

Bir çox aktyorlar “Oskar” almağı həyatının ən parlaq anı hesab edir. Amma bəzilərinə bu xoşbəxtliyi bir neçə dəfə yaşamaq qismət olub! Onlar kimdir və hansı filmlərə görə “Oskar” alıblar?

“Qafqazinfo” dəfələrlə nüfuzlu mükafata layiq görülən artistləri təqdim edir:

Ketrin Hepbörn (1907-2003)

Ketrin 60 il ərzində Hollivudun ən aparıcı aktrisalarından biri olub. Uzun karyerası boyu o, 44 tammetrajlı filmdə çəkilib və dörd dəfə - “Erkən şöhrət”, “Tap görüm, nahara kim gələcək?”, “Qışda şir” və “Qızıl göldə” filmlərinə görə “Oskar” qazanıb. Bundan əlavə, onun hesabında 8 nominasiya var.

Deniyel Dey-Lyuis (62 yaş)

Bu aktyor Ketrin Hepbern kimi məşhur olmasa da, siz onun iştirakı ilə “Nyu-Yorkun quldur dəstələri” filmini görmüsünüz! Yeri gəlmişkən, ona görə Deniyel “Oskar” almayıb. Aktyor üç dəfə - “Mənim sol ayağım”, “Neft” və “Linkoln” filmlərinə görə “Oskar”a layiq görülüb.

Meril Strip (70 yaş)

Meril Strip müasir dövrün ən parlaq aktrisalarından biri kimi qəbul edilib və bu, ədalətlidir!  O, kareyerası boyu 100-ə yaxın filmdə rol alıb. Strip üç dəfə - “Kramer Kramerə qarşı”, “Sofinin seçimi” və “Dəmir ledi” filmlərinə görə “Oskar”a layiq görülüb.

İnqrid Berqman (1915-1982)

İsveç-amerikalı aktrisa kino tarixinin ən yaxşı aktrisalarından biri kimi qəbul edilib. O, 30 ekran işində rol alıb və süd vəzi xərçəngi ilə doqquz illik mübarizədən sonra dünyasını dəyişib. Berqman üç dəfə - “Qaz işığı”, “Anastasiya” və “”Şərq ekspresində qətl” filmlərinə görə “Oskar”a layiq görülüb.

Cek Nikolson (82 yaş)

Məşhur akyor və kinorejissor 2010-cu ildən çəkilmir, buna baxmayaraq, bu, onun dünya kinematoqrafiyasının əfsanəsi kimi qalmağa mane olmur. 12 dəfə “Oskar”a namizəd olan Nikolson üç dəfə - “Qu quşu yuvasının üzərindən uçarkən”, “İncəlik dili” və “Daha yaxşı olmur” filmlərinə görə həmin mükafata layiq görülüb.

Uolter Brennan (1984-1974)

Amerikalı aktyor ötən əsrin birinci yarısında ikinci plan rolları ilə şöhrət qazanıb. O da digər həmkarları kimi üç dəfə - “Gəl və sahiblən”, “Qərb adamı” və “Kentukki” filmlərinə görə “Oskar”a layiq görülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi