“Birlik kuboku” ləğv olunacaq

birlik-kuboku-legv-olunacaq
Oxunma sayı: 1148

Futbol üzrə “"Birlik Kuboku” ləğv olunacaq və yaxud formatı dəyişdiriləcək.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın idman naziri Vitali Mutko bildirib.

Onun sözlərinə görə, "Birlik Kuboku" öz mahiyyətini itirib və gənc komandaların iştirakı isə daha aktual deyil.

Qeyd edək ki, Azərbaycan klubları üç dəfə "Birlik Kuboku"nu əldə ediblər. 2006-cı ildə "Neftçi", 2008-ci ildə "Xəzər" Lənkəran və 2011-ci ildə "İnter" klubu bu kuboku qazanıblar.