Bişkek hava limanı bomba təhlükəsinə görə boşaldılıb

biskek-hava-limani-bomba-tehlukesine-gore-bosaldilib
Oxunma sayı: 1009

Qırğızıstanın paytaxtı Bişkekdəki “Manas” Beynəlxalq Hava Limanında sərnişinlərin və personalın təxliyyəsi həyata keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna park edilmiş avtomobillərdən birinə bomba qoyulması ehtimalı səbəb olub.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları hazırda araşdırmalar aparır. Hər hansı şübhəli əşyanın aşkar edilib-edilmədiyi hələlik məlum deyil.