Bişkekdə anomal soyuqlara görə 15 nəfər ölüb

biskekde-anomal-soyuqlara-gore-15-nefer-olub
Oxunma sayı: 1344

Qırğızıstanın paytaxtı Bişkekdə yanvarın əvvəlindən bəri 15 nəfər soyuq hava şəraitindən ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sinoptiklərin məlumatına görə, yanvarın 26-dan başlayaraq dağ rayonlarında havanın temperaturu mənfi 45 dərəcəyə kimi düşə bilər. Bundan başqa, havaların kəskin soyuması ilə bağlı fırtına xəbərdarlığı edilib. 

Fövqəladə Hallar Nazirliyinin bütün bölmələri gücləndirilmiş iş rejiminə keçib, məktəblər bağlanıb. Arktik siklon bu ayın sonuna kimi ölkədə hakim olacaq.