Qırğızıstanda “Aeroflot” şirkətinin Bişkek-Moskva aviareysi bomba xəbərdarlığı səbəbindən təxirə salınıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, "Manas" hava limanına bomba qoyulması ilə bağlı telefon zəngindən sonra həm işçilər, həm də sərnişinlər təxliyyə olunublar.
Aeroportda Qırğızıstanın Daxili İşlər Nazirliyinin (DİN) və Milli Təhlükəsizlik Dövlət Komitəsinin işçilərinin iki saatlıq araşdırmasından sonra məlumatın yalan olduğu üzə çıxıb. Həmçinin, telefon zənginin ölkə daxilindən deyil, xaricdən edildiyi məlum olub.
Son xəbərlər
Son Xəbərlər