Bişkekdə kafedə partlayış - 13 yaralı+ Video

Bişkekdə kafedə partlayış
Oxunma sayı: 526

Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində yerləşən “fast-food” kafesində partlayış, daha sonra yanğın baş verib.

“Qafqazinfo”nun “sputnik Qırğızıstan”a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində uşaqlar da daxil olmaqla 13 nəfər xəsarət alıb.

Yaralı şəxslər xəstəxanalara yerləşdiriliblər.

Şahidlərin sözlərinə görə, kafedə qaz balonu partlayıb.

Faktla bağlı cinayət işi açılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi