Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti keçirilir.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, ŞƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri səhər saatlarında Ala-Arça dövlət iqamətgahına gəliblər.
Onları konqres zalının binasında Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov qarşılayıb.
Qeyd edək ki, təşkilata Rusiya, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan üzvdür. Əfqanıstan, Belarus, İran və Monqolustan isə müşahidəçi statusuna malikdirlər.
Sammitdə bu ölkələr arasında bütün sahələrdə əlaqələrin daha da inkişafı, regionda və dünyada sülhün qorunması ilə bağlı geniş müzakirələr aparılacağı gözlənilir.
Yekunda Bişkek Bəyannaməsinin və 20-dək sənədin imzalanması nəzərdə tutulur.





Son xəbərlər
Son Xəbərlər