İskender Büyük eşq və intiqam serialında

iskender-buyuk-esq-ve-intiqam-serialinda
Oxunma sayı: 867

Yerli media nümayəndələrinin suallarını cavablandıran aktyor gəlişinin səbəbinin çəkilişlə bağlı olduğunu söyləyib.
Azərbaycandan və Musa Uzunlar da daxil olmaqla, Türkiyədən olan aktyorların rol aldıqları serial "Qaranlıqlar çiçəyi" adlanır. Azərbaycanın İctimai Televiziyasında yayımlanacaq teleserialın əsas mövzusu eşq və intiqamdır.
Serialın rejissoru "Kanal D"də yayımlanan "Aşk Yakar"da bu vəzifəni yerinə yetirmiş Mehmet Ulukan, operatoru "Kurtlar vadisi"nin operatoru Bülent Özerdir. Serial İctimai Televiziyanın sifarişi ilə "BAY Film" tərəfindən lentə alınacaq.
Filmdə azərbaycanlı aktyorlardan xalq artisti Rasim Balayev, müğənni Səfurə Əlizadə, Günəş Mehdi, Nəsimi Mirzə, Abbas Qəhrəman, Zaur Şəfi, Arifə İslam və Vüqar Əli də rol alacaqlar. Türkiyəli aktyorlardan isə Musa Uzunlar, Osman Albayrak, Mustafa Üstündağ, Bülent Şakrak, Begüm Kütük, Hüseyin Avni Danyal, Ebru Özkan, Güler Ökten kimi tanınmış serial qəhrəmanları çəkiləcəklər.
Filmin prodüseri Ataş Hüseynov AzərTAc-a bildirib ki, Musa Uzunlar çəkilişləri bitirən kimi İstanbula qayıdacaq.