İsrailin baş naziri İranın vurulacağı vaxtı açıqladı

israilin-bas-naziri-iranin-vurulacagi-vaxti-aciqladi
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “Haarets” nəşri yayıb.
Baş nazirin sözlərinə görə, bu müddət bir neçə ay çəkə bilər. “Biz saniyəölçənin qarşısında durub gözləməyəcəyik. Söhbət günlərdən, həftələrdən, hətta ildən də getmir. Hərbi zərbələrin nəticəsi nüvə proqramının İranın əlində olmasının məhvinə yönələcək”, - deyə Netanyahu qeyd edib.

Bununla yanaşı, baş nazir müharibənin olmasını istəmədiyini qeyd edib. Netanyahu rəsmi Tehrana diplomatik təzyiqlərin də fayda verəcəyinə şübhə etdiyini bildirib. Onun fikrinə görə, İsrail bu məsələdə səhv etmək istəmir.

Bir müddət əvvəl ABŞ-ın müdafiə naziri Leon Panetta bəyan etmişdi ki, İsrail İranın nüvə obyektlərinə hücum əməliyyatlarına yazın sonu, yayın əvvələrində başlaya bilər.