““İstefa” qışqırmaq lazım deyil”

istefa-qisqirmaq-lazim-deyil
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, o azerisport.az saytına müsahibəsində bunları dilə gətirib: “Biz hamımız yığmadan Qazaxıstan üzərində qələbə gözləyirdik. Azarkeşlər artıq yığma komandanın qələbəsi üçün darıxmışdılar. Bax buna görə də belə qələbələrimizin sayını daha da çoxaltmalıyıq. İlk dəfədir ki, Azərbaycan yığması bu qədər xal toplayır. Amma bu, hələ son deyil. Qarşıda daha iki oyunumuz var. Bununla kifayətlənməməliyik. Baxmayaraq ki, bu nəticəni də yaxşı hesab edirəm. Mən azarkeşlərdən narazıyam. Onlar yağışa rəğmən milli komandanı dəstəkləməyə gəlməliydilər. Onlar isti havada da, soyuq havada da ölkənin əsas komandasının yanında olmalıdılar”.

Abdullayev sözügedən məsələ ilə bağlı daha sonra bunları dilə gətirib: “Dolu tribunalar həmişə 12-ci oyunçu hesab olunur. Qazaxıstanla oyunda həmin 12-ci oyunçumuz yox idi. Yığma komandanı dəstəkləmək lazımdı. Daha 10 dəqiqə oturan kimi “istefa” qışqırmaq yox. Belə şeylər gənc futbolçuların psixologiyasını korlayır”.

AFFA prezidenti futbolumuzun hazırkı durumundan da danışdı: “İnanıram ki, Azərbaycan futbolu gələcəkdə daha da inkişaf edəcək. Qarşıda bizi daha böyük uğurlar gözləyir. Çünki bizim böyük ambisiyalarımız var. Yeni stadionlar tikilir. Hansı ki, gələcəkdə məhz futbolçularımızın uğurlarına ev sahibliyi edəcək. Tezliklə biz sadəcə 7 xal toplamağımıza yox, böyük turnirlərin final mərhələsinə çıxmağımıza sevinəcəyik”.

AFFA prezidenti sonda baş məşqçi Berti Foqtsla müqavilənin yenilənməsi perspektivinə də toxunub: “Hələlik, Berti Foqtsla bağlı tələsməməyə çalışırıq. Qarşıda daha iki oyun var. Həmin oyunlardan sonra baxarıq”.