İsveçrə Fransanın səhvini təkrar etmədi

isvecre-fransanin-sehvini-tekrar-etmedi
Oxunma sayı: 670

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, İsveçrə diplomatik böhrandan yayınıb.

İsveçrə mediasına aid internet saytlarında yer alan xəbərlərdə qeyd edilir ki, ölkənin Milli Məclisi aralarında 1915-ci il hadisələri ilə bağlı süryani, erməni və yunan Pont iddialarının qəbul edilməsini tələb edən və buna görə Osmanlı dövlətini ittiham edən müraciətlərin müzakirəyə çıxarılmasını rədd edib.

Qondarma soyqırımı iddialarına dair mətn parlamentin solçu partiyaların əks mövqe nümayiş etdirməsinə rəğmən lehinə 69, əleyhinə 115 səs qazanıb.

Qeyde dək ki, İsveçrə 2005-ci ildə qondarma “erməni soyqırımı” iddilarını inkar edənlərə cəza verilməsini qəbul edən ilk ölkə olmuşdu.

O zaman Türkiyə İsveçrənin qərarına etiraz notası cavabı vermişdi. Bu qanundan sonra Türkiyə ilə İsveçrə arasında diplomatik əlaqələr zədələnmişdi.