“Bitcoin”in qiyməti 74 min dollara düşüb

bitcoinin-qiymeti-74-min-dollara-dusub
Oxunma sayı: 1187

“Bitcoin”in qiyməti son sutka ərzində 5,3 faiz ucuzlaşaraq 74,511 min dollara düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Binance” ticarət platforması bildirib. 

Kriptovalyuta 2024-cü il noyabrın 7-dən bəri ilk dəfə 75 min dollardan aşağı düşüb.

Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.